Mustafayevli “Aleksandriya”dan Nağıyevli “İnqulets”lə heç-heçə

Ukrayna Premyer Liqasında 22-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv digər azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandasını – “İnqulets”i qəbul edib. Tərəflər bu oyundan qolsuz ayrılıblar – 0:0.

Mustafayevlə Nağıyev də bu görüşün iştirakçısı olublar. Onların hər ikisi start heyətdə meydana çıxıblar. Emil 75-ci dəqiqədə əvəzlənibsə, Dmitri sonadək oynayıb.

“Aleksandriya” hazırda 34 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. “İnqulets” isə 26 xalla 9-cu sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button