Mustafayevin komandası 4 qola üzüldü

Futbol üzrə Ukrayna Premyer Liqasında 14-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv bu dəfə “Zarya”nın qonağı olub. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 1:4.

Mustafayev bu görüşün iştirakçısı olmayıb. O, bu dəfə sonadək ehtiyatda qalıb.

“Aleksandriya” 14 turdan sonra 23 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button