Mustafayev darmadağını kənardan izlədi

Futbol üzrə Ukrayna Premyer Liqasında 11-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv “Kolos”la ev oyunundan qələbə ilə ayrılıb – 4:1. Mustafayev bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Aleksandriya” 11 turdan sonra 20 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button