“Murov” Polşaya yollandı

Kişi voleybolçulardan ibarət “Murov” komandası Polşaya yollanıb.

Komanda.az Voleybol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 2022/2023 mövsümündə Azərbaycanı Çağırış kubokunda təmsil edəcək Fərid Cəlalovun rəhbərlik etdiyi komanda oktyabrın 12-dək Polşanın Kialnarova şəhərində təlim-məşq toplanışı keçəcək.

Hazırlıq prosesində “Murov”un yerli klublarla bir neçə yoxlama matçı da planlaşdırılır.

“Murov” Çağırış kubokunun 1/32 final mərhələsində Xorvatiya “Kitro Varazdin”i ilə üz-üzə gələcək. Hər iki oyun Bakıda keçiriləcək. Oktyabrın 19-dakı qarşılaşmada rəqib, ertəsi gün Azərbaycan təmsilçisi meydan sahibi sayılacaq. Hər iki matç saat 18:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button