Murad Musayevdən jurnalistə: “Nicat sənin qohumundur?”

“Sabah” Misli Premyer Liqasının 5-ci turunda doğma meydanda “Səbail”lə qolsuz heç-heçə edib.

Komanda.az xəbər verir ki, oyundan sonra “Sabah”ın baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb:

“Əlimizə düşən imkanlari dəyərləndirə bilmədik. Belə oyunlar çox çətin olur. Rəqib tam qapanır, müdafiə olunur. Amma belə oyunlar çox olacaq.

Bəlkə də, oyunun axarını bir az dəyişə bilərdik. Qol vursaydıq, hər şey başqa cür də ola bilərdi.

Heç bir oyun asan olmayacaq. Gərək sona qədər mübarizə aparaq.

Rəqibin baş məşqçisi ilə aramızda bir şey olmadı. Sadəcə oyun zamanı bir qədər emosional ola bilərik. Oyundan sonra rəqibin baş məşqçisi ilə əl sıxışdıq.

Hakimlikdən narazı qalmadım. Sadəcə, bəzi epizodlarda oyunu daha tez başlada bilərdi”.

“Nicat sənin qohumundur?”

Bu sualı isə Murad Musayev ona komandanın qapıçılarından olan Nicat Mehbalıyevi niyə start heyətində meydana buraxmadığını soruşan jurnalistə verib. Bundan sonra baş məşqçi sualı verən jurnalistə komandasının 5 oyunda cəmi iki qol buraxdığını xatırladıb, komandanın qapıçı mövqeyində heç bir problem olmadığını izah edib.

Rəşad

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button