Murad Musayev: “Önəmli qələbə qazansaq da, narazı qaldım”

“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 8-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Son dəqiqələrdə qol vuraraq qələbə qazandıq. Belə nəticələr psixoloji cəhətdən önəmlidir. Rəqib meydanın hər qarışında mübarizə apardı. Belə qarşılaşmalara başqa cür köklənmək lazımdır. İkili mübarizələrdə uduzurduq. Əks-hücumlara sürətli keçə bilmirdik. Bunlara görə narazı qaldım”.

Rusiyalı baş məşqçi ilk dəfə Şamaxıya səfər etdiyini söyləyib: “Qələbə qazandığımız üçün emosiyalar müsbətdir. Meydanda təbii ot örtüyü olsaydı, daha yaxşı olardı. Tribunalarda da çoxlu azarkeş var idi. Bu, yaxşı haldır”.

Mütəxəssis son olaraq Namik Ələskərovun zədəsi barədə danışıb: “O, hazırda özünü yaxşı hiss edir. Yaxın günlərdə komanda ilə məşqlərə qoşulacaq”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button