“Anamın öldüyü gecə menecerimə zəng edib, Avropada işimin bitdiyini söylədim”

Müqavilə ilə İngiltərə “Arsenal”ına məxsus olan, icarə əsasında “Atletiko”da çıxış edən Lukas Torreyra yayda Avropanı tərk etmək niyyətindədir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bir neçə gün əvvəl anası vəfat edən argentinalı futbolçu, ölkəsinə qayıtmaq, ailəsinə daha yaxın olmaq istəyir. Bu barədə Torreyra özü açıqlama verib:

“Boka Xuniors”da oynamaq üçün ölürəm. Anamı 53 yaşında itirdim, atamın gözü yaşlıdır. Artıq “Boka Xuniors”da oynamağın vaxtıdır. Anamın öldüyü gecə menecerimə zəng edib, Avropada işimin bitdiyini söylədim.

İstəsəm, Avropada qala bilərəm, təkliflər çoxdur. Lakin ya iyun ayında, ya da daha sonra “Boka Xuniors”da oynamaq istəyirəm”.

Torreyra bu mövsüm “Atletiko” forması ilə La Liqada 15 oyuna çıxıb. Yarımmüdafiəçinin icarə müqaviləsinin müddəti yaya qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button