“Əsas hədəfim Madridə qayıtmaqdır” – serbiyalı hücumçu

Müqavilə ilə “Real”a məxsus olan, icarə əsasında Almaniya “Ayntraxt”ında (Frankfurt) forma geyinən Luka Yoviç açıqlama verib.

Komanda.az xəbər verir ki, “Bild” nəşrinə danışan serbiyalı hücumçu, əsas niyyətinin “Real”a qayıtmaq olduğunu deyib:

“Bilirsiz ki, müqavilə ilə “Real”a məxsusam. Əsas hədəfim Madridə qayıtmaqdır. “Ayntraxt”a gəlməmişdən əvvəl başqa klublardan da təkliflər var idi. Lakin “Ayntraxt” mənim üçün xüsusi bir klubdur və buna görə bura gəldim”.

Yoviçin icarə müqaviləsi mövsümün sonuna qədərdir.