Koutinyonun bütün fikri Çempionlar Liqasının finalındadır

Müqavilə ilə “Barselona”ya məxsus olan və hazırda “Bavariya”da çıxış edən Filippe Koutinyo açıqlama verib.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi, gələcək karyerasıyla bağlı hələ qərar vermədiyini deyib:

“Hələ gələcək karyeram haqda düşünmürəm. Çünki bütün diqqətimi Çempionlar Liqasındakı PSJ ilə final matçına vermişəm, bütün fikrimiz burdadır. Bu, bizim üçün möhtəşəm fürsətdir. Çempionlar Liqasının finalında oynayacağım üçün çox xoşbəxtəm”.

“Barselona” ilə müqaviləsi 2023-cü ilin yayında bitəcək 28 yaşlı futbolçu daha əvvəl Premyer Liqada “Liverpul”un şərəfini qoruyub. Koutinyo 2019-cu ilin avqustundan icarə əsasında “Bavariya”da çıxış edir.

Çempionlar Liqasının finalında “Bavariya” ilə PSJ qarşılaşacaq. Qarşılaşma avqustun 23-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button