Koutinyo qərarını verib

Müqavilə ilə “Barselona”ya məxsus olan, icarə əsasında “Bavariya”da forma geyinən Filippe Koutinyo gələcəyiylə bağlı qərarını açıqlayıb.

Komanda.az xəbər verir ki, Almaniya mətbuatına danışan braziliyalı yarımmüdafiəçi, mövsümün sonuna qədər “Bavariya”da qalmaq istədiyini deyib:

“Bavariya”da çox xoşbəxtəm. Mövsümün sonuna qədər burda qalmağı planlaşdırıram. Daha çox da qalmaq istəyərəm”.

“Bavariya” mövsümün əvvəlində Koutinyonu 8,5 milyon avro qarşılığında “Barselona”dan icarəyə götürüb. Münhen təmsilçisi 27 yaşlı yarımmüdafiəçinin transfer hüquqlarını 120 milyon avroya ala bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button