“Bavariya” “Şaxtyor”la razılığa gəldi

Almaniyanın “Bavariya” klubu qış fasiləsində heyətini yeni futbolçuyla gücləndirmək niyyətindədir.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi “Şaxtyor”dan Teteni transfer etmək istəyir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Xəbərdə, “Bavariya”nın 19 yaşlı cinah yarımmüdafiəçisi üçün Donetsk təmsilçisi ilə görüşdüyü bildirilib.

Tetenin meneceri Pablo Bueno verdiyi açıqlamada, “Şaxtyor”la “Bavariya”nın artıq razılaşdığını, sadəcə Tetenin alacağı məvacibin müzakirəsinin getdiyini deyib. “Bavariya” braziliyalı futbolçu üçün 50 milyon avro ödəyəcək.

Bu mövsüm “Şaxtyor”la 17 oyuna çıxan Tete, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.