Mundialda ilk qola sevindilər, pley-off şanslarını itirdilər

Qətər millisi tarixində ilk dəfə dünya çempionatında qol vurub.

Komanda.az xəbər verir ki, sözügedən komanda DÇ-2022-nin qrup mərhələsinin 2-ci turunda Seneqala qarşı matçın (1:3) 78-ci dəqiqəsində qol vurub.

Məhəmməd Muntari baş zərbəsi ilə fərqlənib. Bununla da o, yığmanın tarixinə düşüb. Çünki Qətər üçün bu, dünya çempionatı tarixində ilk qoldur. Həmçinin 2022-ci il dünya çempionatı bu komandanın tarixində ilkdir. Qətər turnirin ev sahibi ölkə kimi mundiala vəsiqə qazanıb. Lakin bu komanda ev sahibi olduğu DÇ-2022-də qrupdan çıxmaq şanslarını itirib. Komanda ilk matçında isə Ekvadora da 0:2 hesabıyla uduzmuşdu. Nəticədə Qətər yığmasının Niderlandla sonuncu – 3-cü tur oyununun nəticəsindən asılı olmayaraq, A qrupundan pley-offa yüksələ bilməyəcəyi dəqiqləşib.

A qrupunda Niderland 4 xalla liderdir. Eyni xalı olan Ekvador isə 2-cidir. Seneqal 3 xalla 3-cü pillədə qərarlaşır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button