Müllerdən “Bayern”ə keçəcəyi iddia olunan Mane haqda açıqlama

“Bayern”in hücumçusu Tomas Müller Sadio Manenin komandaya mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Müller bunları deyib:

“Söz-söhbət yayılan hər oyunçu bizə gəlsəydi, hər il siyahımızda 45 oyunçu olardı.

İyunun əvvəlində mən “Bayern”in bazasına gələcəm və orada kimin olduğunu görəcəm”.

Manenin yay transfer pəncərəsində “Bayern” üçün prioritet hədəf olduğu bildirilir.

30 yaşlı seneqallı futbolçu bu mövsüm “Liverpul”un heyətində Premyer Liqada 34 oyuna çıxıb, 16 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin