Müller milli karyerasını bitirdi – Rəsmi

Almaniyalı hücumçu Tomas Müller millinin heyətində son matçını keçirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Bundestim DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunun Kosta Rika ilə görüşündə qələbə qazanıb (2:4). “Bayern”in futbolçusu Tomas Müller həmin görüşdən sonra yığma komanda ilə keçirdiyi son mat barədə danışıb:

“Bu mənim millidə son oyunum idisə, hədsiz həzz aldım. Birlikdə inanılmaz anlar yaşadıq. Hər matçda ürəyimi meydanda qoymağa çalışdım”.

Almaniya millisi E qrupunu üçüncü sırada tamamlayıb və DÇ-2022 ilə erkən vidalaşıb. 33 yaşlı Müller qrup mərhələsinin hər üç oyununda iştirak edib və qol vura bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button