“Klub rəhbərliyi bu işlərlə məndən çox maraqlanır” – Sarri

“Yuventus”un baş məşqçisi Mauritsio Sarri klubun transfer vəziyyəti ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis, daha bir neçə transferin ola biləcəyini deyib:

“Transfer məsələlərində çox narahat olmaq istəmirəm. Klub rəhbərliyi bu işlərlə məndən çox maraqlanır. Bəlkə də, bəzi futbolçularla danışıqlar gedir. Belə sualları bu məsələlər üçün məsuliyyət daşıyan insanlara vermək daha yaxşı olar. Müəyyən mövqelərə futbolçularımız çoxdur, amma bu, digərlərinə nisbətən az hesab olunur. Bizim zədələnən 7 və hələ də milli komandaların düşərgəsindən qayıtmayan 5 futbolçumuz var. Düşünürəm ki, transfer pəncərəsinin sonunadək klub bəzi futbolçular almağa çalışacaq, amma bunun üçün futbolçu satmalıyıq”.