“Mançester Siti”nin futbolçusu “Vest Hem”də – Rəsmi

“Mançester Siti” futbolçusu Kelvin Fillipsi icarəyə verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını “Vest Hem”də davam etdirəcək. 

Onunla bu mövsümün sonunadək müqavilə imzalanıb. Sözləşməyə birdəfəlik satın alma variantı da daxildir. 

Fillips 2022-ci ilin yayından “Mançester Siti”nin futbolçusudur. O, bu mövsüm “şəhərlilər”in heyətində 10 matça çıxıb, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button