“Mançester Siti” ilə “İnter” futbolçularını dəyişdirə bilər

“İnter”in futbolçusu Milan Skriniar karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az “Calciomercato”ya istinadən xəbər verir ki, 25 yaşlı futbolçu yeni mövsümdən “Mançester Siti”də çıxış edə bilər. Onun əvəzinə Serxio Aquero “İnter”ə qoşulacaq. Uzun müddətdir Skriniarı heyətinə qatmaq istəyən “şəhərlilər” onun üçün 32 yaşlı Aqueronu İtaliyaya göndərə bilər.

Skriniarın “Real”ın da maraq dairəsində olduğu bildirilir. Onun “İnter”lə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button