MS 34 yaşlı futbolçu ilə danışıqlar aparır

“Mançester Siti” ilə müqaviləsi cari mövsümün sonunda bitəcək Fernandinyo açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı futbolçu, yeni müqavilə üçün “şəhərlilər”lə danışıqlara başladığını bildirib:

“2018-ci ildə yenilənən müqaviləyə, müəyyən şərtlər daxilində sözləşmənin avtomatik yenilənəcəyi ilə bağlı şərt daxil etdik. Artıq klubla danışıqlara başlamışıq. Müqaviləni yeniləməyə yaxınıq, amma bu, yalnız imzalandıqdan sonra təsdiqlənə bilər. Klub qalmağımda maraqlı olduğunu göstərdi, mən də karyeramı burda davam etdirmək istəyirəm. 34 yaşımda Premyer Liqada oynamaq qürurvericidir. Bir çox futbolçu mənim yaşadıqlarımı yaşamaq istəyərdi”.

2013-cü ildən “Mançester Siti”nin şərəfini qoruyan futbolçu, cari mövsümdə 23 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button