Kanselonun keçidi bu həftə həll olunacaq

“Mançester Siti”nin müdafiəçisi Joao Kanselo bu həftənin sonuna kimi “Barselona”ya icarəyə veriləcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər demək olar ki, razılığa gəliblər, klublar arasında son detalları dəqiqləşdirmək qalır. İcarə müqaviləsinin müddəti bir il olacaq.

Kanselo 2022/23 mövsümünün ikinci yarısını icarə əsasında “Bayern”də keçirib. 29 yaşlı müdafiəçi münhenlilərin heyətində 21 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə edib. Kanselonun “şəhərlilər”lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button