Mozambik millisinin forvardı rəsmən “Qəbələ”də

Növbəti mövsümə hazırlığı davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

Komanda.az xəbər verir ki, daha öncə Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev, Sadiq Quliyev və Kristian Kouakounu heyətinə qatan “qırmızı-qaralar” Mozambik yığmasının üzvü Klesio Palmirim David Bauk ilə anlaşıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

1994-cü ildə Maputu şəhərində anadan olan Klesio futbol həyatına “Ferroviariu” klubunda başlayıb. Ardınca o, “Benfika” (2012-13), “Benfika B” (2013-16), “Harrisburq Siti” (2014), “Panetolikos” (2016-18) klublarının şərəfini qoruyub. Mozambikli son mövsümü Türkiyənin “İstanbulspor” klubunda keçirib.

Hücumçu 2011-ci ildən Mozambik yığmasının şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button