Mövsümün son ev oyunu
Bu həftə Azərbaycan Premyer Liqasında 26-cı turun oyunları keçiriləcək.
Komanda.az xəbər verir ki, eyni gündə – aprelin 27-də keçiriləcək tur “Zirə” üçün mövsümün son ev oyunu ilə əlamətdar olacaq. “Zirə” bu turda “Qarabağ”la qarşılaşacaq. Bu, iki komanda arasında 16-cı çempionat matçı olacaq.
İlk dəfə 2015-ci ildə gələn rəqiblər 4 mövsüm ərzində 15 dəfə münasibətlərini aydınlaşdırıb. 4 dəfə rəqibindən bir xal alan “Zirə” 11 oyunda uduzub. “Qarabağ”ın qapısından 6 top keçirən “qartallar” 30 qol buraxıb. “Zirə”nin qollarına 5 futbolçu imza atıb ki, Mirsayib Abbasov digərlərindən çox – 2 dəfə fərqlənib.
8-ci dəfə ağdamlıları qəbul edəcək “Zirə”, əvvəlki 7 ev oyununda 2 xal qazanıb. 5 dəfə uduzan “qartallar”, 3 qol vurub və 15-ni buraxıb.
Rəqiblər cari mövsümdə üç dəfə üz-üzə gəlib. Mövsümün ilk yarısında iki qələbə qazanan “Qarabağ” öz meydanında 3:2, “Zirə”nin ev oyununda 6:0 hesabı ilə qalib gəlib. 3-cü dövrənin səfər görüşündə isə “Zirə” bir xal əldə edib – 0:0.
“Zirə” – “Qarabağ” görüşü aprelin 26-da, saat 16:30-da start götürəcək.
Bizi Facebook-da izləyin