“Latsio”da ciddi itki

Yeni mövsümə hazırlıqlarını davam etdirən İtaliyanın “Latsio” klubu ciddi itki ilə üzləşib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klubun müdafiəçisi Luis Felipe zədələnib. Ayaq biləyindən zədələnən futbolçunun vəziyyətinin ciddi olduğu bildirilir. 23 yaşlı futbolçu bu gün tibbi müayinədən keçəcək və bundan sonra yaşıl meydanlardan nə qədər uzaq qalacağı dəqiqləşəcək.

“Latsio” yeni mövsümdə ilk oyununu sentyabrın 26-da “Kalyari”yə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button