Mourinyo italiyalı müdafiəçini “Real”da görmək istəyir

“Real” “İnter”in müdafiəçisi Alessandro Bastonini transfer etmək niyyətindən əl çəkməyib.

Komanda.az xəbər verir ki, bu barədə “Diario AS” məlumat yayıb.

Madrid təmsilçisinin baş məşqçisi Joze Mourinyo müdafiənin mərkəzinə daha bir oyunçunun alınmasında israrlıdır və 26 yaşlı futbolçunu bu mövqe üçün ideal variant hesab edir.

Bildirilir ki, “Real” italiyalı futbolçunu əvvəl iddia olunduğu kimi, 70 milyon avrodan çox deyil, təxminən 60 milyon avroya transfer edə bilər.

Bastoni ötən mövsüm “İnter”in heyətində bütün turnirlərdə 40 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun dəyərini 65 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button