Mourinyo tarixi ilkə imza atdı

Avropa Konfrans Liqasının ötən gecə baş tutan finalında “Feyennord”u 1:0 hesabı ilə məğlub edən “Roma”nın baş məşqçisi Joze Mourinyo tarixi ilkə imza atıb.

Komanda.az xəbər verir ki, o, hazırda keçirilən bütün Avropa turnirlərinin – Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qalibi olmuş ilk məşqçi ünvanına sahib çıxıb.

Mourinyo iki dəfə ÇL-i qazanıb. “Portu” (2003/04) və “İnter”lə (2009/10) qitənin ən nüfuzlu klub turnirində qələbə sevinci yaşayan Mourinyo “Mançester Yunyated”in baş məşqçisi postunda Avropa Liqasının (2016/17) kubokunu başı üzərinə qaldırıb. O, həmçinin “Portu”nun “sükanı arxasında” (2002/03) UEFA Kubokunun qalibi olub.