Mourinyo: “Sanço səhv etdi”

“Mançester Yunayted”in sabiq baş məşqçisi Joze Mourinyo yarımmüdafiəçi Ceydon Sançonun İngiltərə klubundakı durumu ilə bağlı fikirlərini bölüşüb. Futbolçu hazırda Dortmund “Borussiya”sında icarə əsasında çıxış edir.

Komanda.az “The Independent”-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, ingiltərəli futbolçunun səhv etdiyini bildirib:

“Sanço səhv etdi, lakin “Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haq da ondan ən yaxşısını ala bilmədi. Biz bu futbolçunun nə qədər istedadlı olduğunu və nəyə qadir olduğunu bilirik, buna heç bir şübhə yoxdur”.

Sanço 2017-ci ilin avqustundan 2021-ci ilin iyuluna qədər Dortmund “Borussiya”sında çıxış edib, sonra isə “Mançester Yunayted”ə keçib.

“Borussiya” 2024-cü ilin yanvarında yarımmüdafiəçini bu mövsümün sonuna kimi icarəyə götürüb. Sanço bütün turnirlərdə 20 oyun keçirib, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button