
Mourinyo həmyerlisini “Real”a gətirmək istəyir
“Real”ın baş məşqçisi Joze Mourinyo yeni mövsüm üçün komandanın heyətini gücləndirmək istiqamətində işlərini davam etdirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis həmyerlisi Ruben Diaşın oyun keyfiyyətlərini yüksək qiymətləndirir. Mənbə iddia edir ki, “kral klubu”nun yeni çalışdırıcısı artıq “Mançester Siti”nin müdafiəçisi ilə görüşərək onunla söhbət aparıb.
Hazırda 29 yaşı olan futbolçunun dəyəri “transfermarkt” tərəfindən 55 milyon avro olaraq qiymətləndirilir. Diaşın İngiltərə klubu ilə qüvvədə olan müqaviləsinin müddəti isə 2029-cu ilin yayına qədərdir.
Mourinyo bu ilin iyununda istefaya göndərilən Alvaro Arbeloanı əvəz edərək, Madrid təmsilçisinin baş məşqçisi təyin olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



