
“Mourinyo kimi məşqçi sadəcə arzudur”
“Real”ın müdafiəçisi Antonio Rüdiger komandanın yeni baş məşqçisi Joze Mourinyo barədə fikirlərini bölüşüb.
13 ildən sonra yenidən Madrid təmsilçisinə qayıdan portuqaliyalı mütəxəssisin təyinatı bu ayın əvvəlində rəsmən təsdiqlənib. O, bu vəzifədə Alvaro Arbeloanı əvəz edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu, Mourinyo ilə işləmək istəyini gizlətməyib:
“Mourinyo kimi məşqçi sadəcə arzudur. Onunla işləməyə hazıram”.
“Benfika”nın sabiq çalışdırıcısı “Real”la müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb. Mourinyo ilk dönəmində (2010-2013) Madrid klubu ilə bir dəfə İspaniya çempionu olub, həmçinin, ölkə kuboku və superkubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



