
“Mourinyo ilə La Liqanı qazana bilərik”
“Real”ın müdafiəçisi Raul Asensio, komandanın yeni baş məşqçi Joze Mourinyonun rəhbərliyi altında uğur qazanacağına inandığını bildirib.
İyunun əvvəlində “kral klubu”nun “sükanı arxasına” keçən portuqaliyalı mütəxəssis bu postda Alvaro Arbeloanı əvəz edib.
Komanda.az “ElDesmarque”-yə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, Mourinyonun komandanı yenidən çempionluğa aparacağına inandığını gizlətməyib:
“Yeni mövsümdə La Liqanı qazana bilərikmi? Bəli, əlbəttə! Vaxtilə Mourinyonun rəhbərliyi altında “Real” topladığı xallara görə rekord müəyyənləşdirmişdi. Biz titul uğrunda mübarizə aparırıq.
Uşaqlıq illərimdə Mourinyonun komandaya necə dəyişiklik gətirdiyini izləyirdim. O, futbolçulara xarakter və ehtiras aşıladı. Onunla işləməyə başlamağı səbirsizliklə gözləyirəm”.
Mourinyo daha əvvəl 2010–2013-cü illərdə Madrid təmsilçisini çalışdırıb.
Bizi Facebook-da izləyin


