“Mourinyo dürüst insan, böyük məşqçidir” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Roma”nı çalışdıran Joze Mourinyonun işini dəyərləndirib.

Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, o, portuqaliyalı mütəxəssisi dürüst insan və böyük məşqçi adlandırıb:

“Mourinyo dürüst insan, böyük məşqçidir. Azarkeşlərlə heyrətamiz əlaqə qurmağı bacarır. Məncə, bu, müsbət bir şeydir. Joze üst pillələrdə yer almayan komanda ilə çempionluq yaşayıb”.

Portuqaliyalı mütəxəssis 2021-ci ilin iyulundan “canavarlar”ı çalışdırır. Mourinyonun “Roma” ilə müqaviləsi 2024-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button