Mottanı Tudorla əvəzlədilər – Rəsmi

“Yuventus” yeni baş məşqçi təyinatını açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Turin təmsilçisi Tiaqo Motta ilə yollarını ayırıb. Onun əvəzinə İqor Tudorla iyuna qədər olan müqavilə imzalanıb. Xorvatiyalı mütəxəssisin qarşısına qoyulan əsas tələb “qoca sinyora”ya UEFA Çempionlar Liqasına vəsiqə qazandırmasıdır. Bunu bacarsa, onunla müqavilənin müddəti daha 1 il uzadılacaq.

İqor Tudorun çalışdırdığı son komanda “Latsio” olub. O, İtaliya komandasını ötən ilin martında tərk edib. Motta isə 2024-cü ilin yayından “Yuventus”u çalışdırırdı.

“Yuventus” hazırda İtaliya A Seriyasının turnir cədvəlində 52 xalla 5-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button