“Motivasiyam daha da artdı”

“Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi klubla yeni müqavilə imzalaması barədə təəssüratlarını bölüşüb.

Komanda.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“İlk növbədə mənə göstərilən etimada görə klub rəhbərliyinə, baş məşqçimizə, məşqçi heyətimizə təşəkkürümü bildirirəm. Bizi daim dəstəkləyən azarkeşlərimizə də minnətdaram. Hər zaman onların dəstəyini yaxından hiss edirik və bu, bizim üçün çox vacibdir. Böyük qürur və sevinc hissləri ilə müqavilə müddətimi uzatdım. Motivasiyam daha da artdı. Məqsədlərimizə çatmaq üçün çox çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button