
Morqan iki klub arasında seçim edir
“Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocers karyerasını hansı klubda davam etdirəcəyinə hələ qərar verməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə maraqlanan klubların sayı çox olsa da, oyunçu hazırda yalnız iki variantı ciddi şəkildə nəzərdən keçirir. İngiltərəli yarımmüdafiəçi seçim edərkən əsasən “Arsenal” və “Bayern” arasında tərəddüd edir. Onun nümayəndələri artıq hər iki klubun rəhbərliyi ilə danışıqlar aparıblar.
Birmingem təmsilçisi Rocers üçün təxminən 100 milyon funt-sterlinq tələb edir. Bu məbləğ təxminən 116 milyon avroya bərabərdir.
Yarımmüdafiəçinin “Aston Villa” ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



