“Feliks başqalarından fərqlənir” – Morata

“Atletiko”nun hücumçusu Alvaro Morata “Barselona”da icarə əsasında çıxış edən Joao Feliksin Madrid klubunda oynaya biləcəyindən danışıb.

Komanda.az DAZN-a istinadən xəbər verir ki, Morata portuqaliyalı futbolçunun yaxşı oyunçu olduğunu deyib:

“Feliks gənc futbolçudur. Və kim bilir, bəlkə, o, gələcəkdə “Atletiko” üçün vacib oyunçu olacaq. Bəlkə də, yox. Qərar verən mən deyiləm. Onun haqqında deyə bilərəm ki, yaxşı oyunçudur və başqalarından fərqlənir”.

23 yaşlı hücumçu “Barselona”nın heyətində 3 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button