“Monpelye”dən ayrılan futbolçu “Neftçi”də – Rəsmi

“Neftçi” Fransa təmsilçisi “Monpelye”də çıxış edən Falaye Sakonu azad agent kimi heyətinə qatıb.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” 30 yaşlı sağ cinah müdafiəçisinin keçidini sosial şəbəkə hesabında açıqlayıb.

Sako “Monpelye” ilə müqaviləsini qarşlıqlı razılıq əsasında ləğv edib.

Mali millisinin üzvünün Bakı təmsilçisi ilə sözləşməsinin detalları açıqlanmasa da, onunla iki mövsümlük anlaşma əldə edilib.

Falaye Sako 2023-cü ildən “Monpelye”nin formasını geyinib. Komanda ötən mövsüm Liqa 1-də 16 xalla sonuncu olub və aşağı liqaya düşüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button