Monçi rəsmən “Sevilya”da

İtaliyanın “Roma” klubundan istefaya göndərilən Ramon Monçinin yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, o, gözlənildiyi kimi, sabiq klubu “Sevilya”ya qayıdıb. Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

“Transfer sehrbazı” ləqəbi ilə tanınan Monçi 2 illik fasilədən sonra, əvvəlki kimi klubun idman direktoru vəzifəsində çalışacaq. O, aprelin 1-dən işinə başlayacaq.

Qeyd edək ki, 17 il Əndəlüs təmsilçisində çalışan ispan mütəxəssis 2017-ci ildə “Roma”ya keçmişdi. İtaliya klubundan ayrılandan sonra onun London “Arsenal”ına keçidi də gündəmdə idi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button