“Marsel” ilk qələbəsini qazandı

Fransa Liqa 1-də 3-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. “Amyen” – “Nant” matçında qonaqlar çətin qələbəyə seviniblər. “”Anje” “Mets”i, “Brest” “Reyms”i məğlub yola salıb. “Dijon” isə doğma meydanda “Bordo”ya uduzub.

Cari mövsümdə qələbəyə həsrət qalan “Monako” bu dəfə “Nim”i qəbul edib və 2:0 öndə olduğu qarşılaşmadan heç-heçə ilə ayrılıb.

Son çempion PSJ isə “Tuluza”nı sınağa çəkib. Paytaxt təmsilçisi bu qarşılaşmada darmadağına sevinib.

Ardıcıl iki turda da 3 xal qazanan “Lion” “Monpelye” səfərinə yollanıb. Lionlular bu oyunda minimal hesabla məğlub olublar.

Son oyun günündə iki görüş baş tutub. “Lill” doğma meydanda “Sent-Etyen”i böyük hesabla məğlub edib. Səfərdə “Nitsa” ilə qarşılaşan “Marsel” isə yeni mövsümdə ilk qələbəsini qazanıb.

Fransa Liqa 1, 3-cü tur

24 avqust

Amyen – Nant 1:2
Qol
: Zunqu, 72 – Kulibali, 53. Simon, 85.

Anje – Mets 3:0
Qol
: Əl Məlali, 4. Santamaria, 43. Aliui, 67.

Brest – Reyms 1:0
Qol
: Karbonye, 87.

Dijon – Bordo 0:2
Qol
: Huanq, 11. Benito, 47.

25 avqust

Monako – Nim 2:2
Qol
: Slimani, 39. Ben Yedder, 45+1 – Filippoto, 70. Denki, 82.

Strasburq – Renn 0:2
Qol
: Qrenye, 16. Nyanq, 54.

PSJ – Tuluza 4:0
Qol
: Motinq, 50; 75. Qonsalves, 55-öz qapısına. Markinyos, 83

27 avqust

Monpelye – Lion 1:0
Qol
: Suke, 42.

28 avqust

Lill – Sent-Etyen 3:0
Qol
: Osimhen, 37; 74. Bamba, 69-pen.

Nitsa – Marsel 1:2
Qol
: Siprien, 66-pen – Benedetto, 31. Payet, 73.

Bombardir: Viktor Osimhen (Lill) – 4 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button