“Monako”nun futbolçusunda koronavirus aşkarlandı

“Monako” klubunun kollektivindən koronavirus testi götürülüb.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi artıq analizlərin nəticəsini açıqlayıb.

Klubun rəsmi saytının yaydığı məlumata görə, futbolçuların birində infeksiya aşkarlanıb. Adı açıqlanmayan oyunçunun dərhal karantinə alındığı və həkimlərin nəzarəti altında olduğu bildirilib.

Qeyd edək ki, daha əvvəl Marsel “Olimpik”inin yarımmüdafiəçisi Dmitri Payet və “Nitsa”nın 19 yaşlı müdafiəçisi Rayan Ait-Nuri koronavirusa yoluxub. “Anje” klubunda da koronavirus testi müsbət nəticə verən oyunçular olduğu açıqlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button