“Monako”dan “Milan”a

İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi “Monako”nun sol cinah müdafiəçisi Fode Balo-Tureni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Fransalı müdafiəçi İtaliya klubunda “5” nömrəli formanı geyinəcək. “Milan”ın bu transferə görə 4 milyon avrosundan keçdiyi bildirilir.

PSJ-nin yetirməsi olan Ture, 2017-ci ildə “Lill”ə transfer edilib. Bu komandada iki mövsüm keçirən müdafiəçi, 2019-cu ildən “Monako”nun uğurları üçün çalışırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button