Moldova klubu azərbaycanlı futbolçunun keçidini rəsmən açıqladı

Moldovanın “Dinamo-Avto” klubu azərbaycanlı futbolçu Orxan Qurbanlının keçidini rəsmən açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə Tiraspol təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi 2021-ci ilin sonuna qədər icarə əsasında “Dinamo-Avto”da çıxış edəcək.

Azərbaycanlı yarımmüdafiəçi müqavilə ilə “Ventspils” klubuna məxsusdur. Latviya təmsilçisi ötən ay Qurbanlı ilə müqavilə imzalamışdı.

“Neftçi”nin yetirməsi olan Orxan, Azərbaycanda “ağ-qaralar”dan başqa “Səbail”də də çıxış edib. Bundan əlavə, yarımmüdafiəçi 2016-ci ildə icarə əsasında 6 ay Latviyanın “Dauqavpils” komandasının formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button