Modriç “Real”da qalmaq istəmir

“Real”ın xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç Madrid klubu ilə yayda başa çatacaq müqaviləsini yeniləmək niyyətində deyil.

Komanda.az xəbər verir ki, bu barədə “El Larguero” məlumat yayıb.

Modriç 2012-ci ilin avqustundan “Real”da çıxış edir.

Xatırladaq ki, Modriç “qızıl top”un sahibidir. Xorvat futbolçu bu mükafatı 2018-ci ildə alıb.

38 yaşlı yarımmüdafiəçi bu mövsüm İspaniya çempionatında 16 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button