“Həqiqətən, Modriç əla kapitan və böyük insandır”

Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç UEFA Millətlər Liqasının yarımfinalının Niderlandla matçı (4:2) barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, əziyyətlərinin qarşılığını gördüklərini deyib:

“Niderland millisinin əsas vaxta əlavə edilmiş 6-cı dəqiqədə vurduğu qol bizi şoka saldı. Əlavə vaxtda çox çətinliklə özümüzə gəldik. Lakin keyfiyyətli komanda olduğumuzu bir daha göstərdik. Nəticədə, əziyyətimizin qarşılığını gördük”.

Livakoviç, “Final fitindən sonra nə üçün Luka Modriçin yanına getdiz” sualını belə cavablayıb:

“Fantastik matça görə ona təşəkkür etmək istədim. Kapitanımızın oyun tərzi inanılmazdır. Ümid edirəm ki, o, uzun müddət milli komandada çıxış edəcək. Həqiqətən, Modriç əla kapitan və böyük insandır. Onun haqqında çox danışılıb”.

Millətlər Liqasının həlledici qarşılaşması Xorvatiya və İspaniya arasında keçiriləcək. Həmin görüş 18 iyun, saat 22:45-də baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button