Modriç milli ilə nə vaxt vidalaşacaq?

Xorvatiya millisinin həkimi Zoran Baxtiyaroviç “Real”ın yarımmüdafiəçisi Luka Modriçin AÇ-2024-ə qədər yığma komandada qalmağa qərar verdiyini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Baxtiyaroviç, DÇ-2022-də Xorvatiya millisindən medal gözlədiyini də bildirib:

“Otuz il uzun müddətdir, planım Luka Modriç və milli komandanın yaşlı nəsil üzvləri ilə vidalaşıb, ayrılmaq idi. Lakin Modriç AÇ-2024-ə qədər millidə qalmaq qərarına gəlib və bunu gözləmək mənim üçün çətin olacaq. Bununla belə, mən artıq baş məşqçi ilə razılaşmışam ki, onlar mənim üçün Qətərdən (DÇ-2022) bir medal gətirə bilərlər (gülür)”.

Baxtiyaroviç 1992-ci ildən Xorvatiya millisində çalışır. O, bundan sonra UEFA-nın Tibb Departamentinin rəhbəri vəzifəsini icra edəcək.

Modriç 2006-cı ildən Xorvatiya millisində oynayır. Onun hesabında 152 oyun, 22 qol var.

Bizi Telegramda izləyin