
Millinin yekun heyəti açıqlandı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yekun heyəti müəyyənləşib.
Komanda.az xəbər verir ki, U-17-nin Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində Bolqarıstan, Litva və Malta yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyətində 20 futbolçu saxlanılıb.
B Liqasının 2-ci qrupunda yer alan millimiz martın 24-də Bolqarıstan, 27-də Litva, 30-da isə Malta seçməsi ilə qarşılaşacaq. Qrupun bütün oyunları Bolqarıstanda keçiriləcək.
U-17-yə çağırılan futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:
- Bilal Hacıyev – Qarabağ
- Murad Muradov – Zirə
- Kamil Həsənov – Neftçi
- Uğur Qurbanlı – Qarabağ
- Rəşad Gülüşov – Sabah
- Səttar Tahirzadə – Marcet (İspaniya)
- Atacan Məmmədov – Marcet (İspaniya)
- Muhamməd Çodarov – Marcet (İspaniya)
- İsmayıl Səfərli – Neftçi
- Amin Rzayev – Qarabağ
- Raul İsaqov – Kəpəz
- Nihad Hüseynzadə – Sabah
- Musa Mustafayev – Zirə
- Əli Kiçibəyov – Turan Tovuz
- İbrahim Xəlilov – Sabah
- Samir Şərifov – Sabah
- Əli Bəşirov – Qarabağ
- Kamal Zülfiyev – Sumqayıt
- Pünhan Kərimov – Marcet (İspaniya)
- Murad Həmidov – SV Elversberg (Almaniya)
24 mart
17:00. Bolqarıstan (U-17) – Azərbaycan (U-17)
Baş hakim: Mateo Tozan (Sloveniya)
Baş hakimin köməkçiləri: Jure Jamnik (Sloveniya), Darko Vidiniç (Şimali Makedoniya)
Dördüncü hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya)
Plovdiv, “Xristo Botev” stadionu
27 mart
13:00. Litva (U-17) – Azərbaycan (U-17)
Baş hakim: Ozan Ergün (Türkiyə)
Baş hakimin köməkçiləri: Murat Altan (Türkiyə), Todor Vukov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan)
Plovdiv, Nikola Şterev – Starika İdman Kompleksi
30 mart
14:00. Azərbaycan (U-17) – Malta (U-17)
Baş hakim: Trpçevski Stoyanço (Şimali Makedoniya)
Baş hakimin köməkçiləri: Darko Vidiniç (Şimali Makedoniya), Todor Vukov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Stoyanov (Bolqarıstan)
Plovdiv, Nikola Şterev – Starika İdman Kompleksi
Qeyd: Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
Bizi Facebook-da izləyin



