
Seneqallı futbolçulardan Afrika Millətlər Kuboku ilə bağlı qərara sərt reaksiya
“Rayo Valyekano”nun və Seneqal millisinin yarımmüdafiəçisi Pate Siss Afrika Millətlər Kubokunda Mərakeşin qalib elan olunmasına və öz ölkəsinin yığma komandasının texniki məğlubiyyət almasına (0:3) sərt reaksiya verib.
Komanda.az xəbər verir ki, Siss sosial şəbəkədə kubok və medalla olan fotosunu paylaşaraq, belə yazıb:
“Bu əsəbilərə üç qol da əlavə edə bilərsiz”.
Bundan əlavə, “Sanderlend”in yarımmüdafiəçisi Habib Diarra da kubokla fotolar paylaşaraq, bir çox gülən emojilər əlavə edib.
Bu açıqlamalar Seneqal futbol ictimaiyyətində Afrika Futbol Konfederasiyasının (CAF) qərarına qarşı etiraz və məyusluq kimi qarşılanıb.
Seneqal Futbol Federasiyası bu qərarla bağlı İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti verməyə hazırlaşır.
2026-cı il yanvarın 18-də Rabatda keçirilən final matçında seneqallılar qapılarına təyin olunan penaltiyə etiraz olaraq meydanı tərk etmişdilər. Təxminən 15 dəqiqəlik fasilədən sonra geri qayıdan komandanın qapıçısı Eduard Mendinin sayəsində penaltini dəf etmiş, əlavə vaxtda isə Pape Quyenin qolu ilə 1:0 hesablı qələbə qazanmışdılar.
Bizi Facebook-da izləyin



