Millinin üzvləri üçün seminar


“Dalğa Arena”nın ərazisində yerləşən Milli komandaların Məşq Mərkəzində Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Gənc futbolçu olaraq danışılmış oyun haqqında nələri bilməliyik” və “Bizim hədəfimiz sizi qorumaqdır” mövzularında mühazirə oxuyub, futbolçuların suallarını cavablandırıb.