Millinin keçmiş futbolçusu ilə yeni müqavilə

Fransa millisinin sabiq futbolçusu Qael Klişi daha bir mövsümü “Servett” klubunda keçirəcək.

Komanda.az xəbər verir ki, İsveçrə klubu 36 yaşlı fransalı müdafiəçi ilə müqavilənin 2023-cü ilin yayına qədər uzadıldığını açıqlayıb.

Klişi 2020-ci ilin dekabrından “Servett”də oynayır. O, komandanın heyətində meydana çıxdığı 55 matçda 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Klişi karyerası ərzində “Kan”, “Arsenal”, “Mançester Siti”, “Başakşəhər” kimi klublarda forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button