Millinin baş məşqçisi ilə bağlı qərar rəsmən açıqlandı

İran millisinin baş məşqçisi Əmir Qalenoi ilə müqavilənin müddəti uzadılıb.

Komanda.az xəbər verir ki, bu barədə İran Futbol Federasiyası məlumat yayıb.

Bildirilir ki, 61 yaşlı mütəxəssis 2027-ci ilin yanvarında Səudiyyə Ərəbistanında keçiriləcək Asiya Kubokunun sonuna qədər yığmaya rəhbərlik edəcək.

Qalenoi 2023-cü ildən İran millisini çalışdırır. Komanda onun rəhbərliyi altında DÇ-2026-nın qrup mərhələsində hər üç oyunda heç-heçə edərək cüzi fərqlə pley-offa yüksəlmək şansını əldən verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button