
Abbasov yenidən legioner həyatı yaşayacaq
Azərbaycan millisinin sabiq hücumçusu Mirabdulla Abbasov yenidən legioner həyatı yaşayacaq.
Komanda.az xəbər verir ki, 30 yaşlı forvard Qırğızıstanda oynayacaq. O, “Abdış-Ata” klubu ilə müqavilə imzalayıb.
“Neftçi”nin keçmiş hücumçusu artıq ictimaiyyətə təqdim edilib.
Mirabdulla vaxtı ilə Latviyada “Dauqavpils”də oynayıb. O, bundan başqa, “Sumqayıt”, “Səbail” və “İrəvan” klublarının formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



