Millimiz Norveç yığmasına qalib gəldi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Dünya Çimərlik oyunlarının (ANOC World Beach Games) Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Norveç yığması ilə üz-üzə gələn komandamız 6:3 hesabı ilə qalib gəlib.

Millimizin heyətində qolları Comərd Baxşəliyev (3), İsa Zeynallı, Orxan Məmmədov və Amid Nəzərov vurub.

Millimiz Dünya Çimərlik oyunlarında sentyabrın 3-də 9-10-cu yerlər uğrunda qarşılaşmada Moldova yığması ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 10:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button