Azərbaycan yığması Monteneqroya böyük hesabla qalib gəldi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, “Dalğa Arena”da Monteneqro yığması ilə qarşılaşan millimiz 3:0 hesabı ilə qələbə qazanıb.

Millimizin heyətində 58-ci dəqiqədə Manə Mollayeva, 62-ci dəqiqədə Nazlıcan Parlak və 84-cü dəqiqədə Ayşən Əhmədova fərqlənib.

Komandamız Millətlər Liqasında növbəti oyununu dekabrın 1-də səfərdə Kipr yığmasına qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button